İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə endirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
"Sentyabrın 19-da radikal şiə Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullahın çıxışı zamanı İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının Beyruta basqını olub. Beyrut üzərində ikinci yaxınlaşma zamanı qırıcılar səs səddini sındırdılar və bu, qulaqbatırıcı partlayış effekti yaratdı", - məlumatda qeyd olunub.
Bildirilib ki, İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alınıb.