RU

Kənddə biabırçılıq: Kafedə əxlaqsızlıq yuvası aşkarlandı

"Mən həmin şəxslərə yaxınlaşdım və onlar yemək istədiklərini bildirdilər. Həmin şəxslərə balıq bişirərək verdim. Onlar yeməyi yeyib bitirdikdən sonra adının sonradan Musa olduğunu öyrəndiyim şəxs mənə yaxınlaşaraq yanında olan qadın, yəni Sahilə ilə pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirdi, məndən cinsi əlaqədə olmaları üçün pul qarşılığında otaq təşkil etməyimi xahiş etdi. Pula ehtiyacım olduğu üçün otaqlardan birində cinsi əlaqədə olmaları üçün Musaya şərait yaratmağa qərar verdim.

"Yanvarın 30-da əsgərlə görüşmək üçün Beyləqan rayonunun qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə getməli oldum. Yolu tək getməmək üçün əvvəllər tanıdığım və bir neçə dəfə pul qarşılığında cinsi əlaqədə olduğum Tərtər rayon sakini Sahiləyə zəng edərək pul qarşılığında mənimlə Beyləqan rayonuna getməyi, şərait olarsa, pul qarşılığında yenə də cinsi əlaqədə olmağı bildirdim. Sahilə mənimlə razılaşdı və yaşadığım Ağdam rayonuna gəldi.

"Əhməd məni yeməkxananın digər otağına apardı və otağı göstərərək 1 saatı 10 manat pul qarşılığında orada qadınla cinsi əlaqədə ola biləcəyimi bildirdi. Mən Əhmədlə razılaşdım və ona 2 ədəd 5 manatlıq pul əsginası verdim. Bundan sonra Sahilənin yanına qayıdaraq onu Əhmədin göstərdiyi otağa apardım.

 "Mən Əhmədə kafedə birgə əyləşdiyim qadınla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığımı bildirərək həmin qadınla cinsi əlaqədə olmağım üçün pul qarşılığında ona otaq təşkil etməsini bildirmişəm. Əhməd 10 manat pul qarşılığında mənə həmin otağı verib. Mən həmin kafeyə ilk dəfə gəlmişdim və əvvəllər orada kiminləsə cinsi əlaqədə olmamışam. Əhmədin işlətdiyi kafedə pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa kimlərəsə otaq verib-verməməsi barədə məlumatı yoxdur.

"Cebheinfo.az"

Избранный
23
12
cebheinfo.az

10Источники