RU

Ümumdünya Şahmat Olimpiadası: kişilərdən heç-heçə, qadınlardan qələbə

style='margin-bottom:10px;'>

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.

QOL.az xəbər verir ki, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Aydın Süleymanlı rəqibinə uduzduğu halda, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı 0,5:0,5

Millimiz daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlar isə İsveçrəni məğlub edib. Komandamızın 4 üzvünün hər biri - Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, və Xanım Balacayeva qələbəyə seviniblər. 

Yığmamız Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3

Избранный
43
28
teleqraf.com

10Источники