Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclas keçiriləcək.
Modern.az xəbər verir ki, iclas sentyabrın 21-də saat 15:00-a təyin edilib.
İclas Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkinin nəticələrinə həsr olunub.
Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-də keçirilib və 125 dairə üzrə lider namizədlər müəyyən olunub.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkiyə yekun vurub və parlamentin yeni tərkibini açıqlayıb. Elə həmin gün MSK seçki yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.