Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar saat 07:42-də son ünvana çatmalı idi.
Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyaları arasında dayanaraq ləngiyib. Maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.
Xatırladaq ki, analoji hadisə dünən də baş vermişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun