RU

Bu ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə

Bakıda Xətai rayonunun bir həssəsinə suyun verilməsində birgünlük fasilə yaranacaq.

Bu barədə Bakupost.az -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.


Bildirilib ki, 1000 mm diametrli "Axpatilov" magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu ərazisində 23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək suyun verilməsində fasilə yaranacaq.

Məlumata görə, müvəqqəti susuz qalan ünvanlar aşağıdakılardır:

1) Məhəmməd Hadi küçəsinin bir hissəsi;

2) Seyid Əzim Şirvani küçəsi;

3) Qaçaq Nəbi küçəsi;

4) Məzahir Rüstəmov küçəsi;

5) Telnov küçəsinin bir hissəsi;

6) Sarayevo küçəsi;

7) Neapol küçəsi;

8) Nəsrəddin Tusi küçəsi;

9) General Əliağa Şıxlı küçəsi;

10) Ramiz Quliyev küçəsi;

11) Rahib Məmmədov küçəsi;

12) Qədir Məmmədov küçəsi;

13) Xudu Məmmədov küçəsi;

14) Cavanşir küçəsi;

15) Çingizxan Kərimov küçəsi;

16) İlqar Zülfüqarov küçəsi;

17) Zığ yolu küçəsi;

18) Polad Həşimov küçəsi;

19) Dənizçi küçəsi;

20) Hövsan yolu (tağlar);

21) Zeytun Sovxozu küçəsi;

22) Ramiz Quliyev küçəsi;

23) Oksigen küçəsi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
22
bakupost.az

10Источники