RU

“Evimi su basıb, amma arayış gözləyirlər” - Açıqlama

İki ay əvvəl mənzilini su basan Bakı sakini dəyən zərərin sığorta haqqını ala bilmədiyini deyir. 

Bununla bağlı “Qafqazinfo”ya Nəsimi rayonu Cavadxan küçəsi bina 60, mənzil 37 ünvanında yaşayan Natiq Şərifov müraciət edib. 

Onun sözlərinə görə, 2023-cü il sentyabrın 26-da mənzilini “Atəşgah” sığorta şirkətində icbari sığorta etdirib. Bu ilin 19 iyulunda isə yuxarı mərtəbədəki mənzildən onun evini su basıb: “Dərhal “Atəşgah” sığorta şirkətinə bildirmişəm. Şirkətin əməkdaşı gəlib baxıb, şəkilləri çəkib. Qanunla 7 iş günü ərzində müəyyənləşməli olsa da, nəhayət 19 avqustda mənə zərərin 550 manat (250 manat ödənişlər azad) dəyərləndirilməsi haqqında SMS göndərdilər və ofisə yaxınlaşmaq rica olundu. Bu günə qədər dəfələrlə yaxınlaşsam da, pulu ödəməyiblər. Bəhanələri odur ki, “JEK”dən arayış gözləyirlər ki, subasma təsdiq edilsin. Sonda mənə dedilər ki, arayışı özünüz alın. Lakin mənim gətirdiyim arayışı da qəbul etmədilər. Halbuki mənimlə bağlanan sığorta müqaviləsində “JEK”dən arayış alınacağı haqqında bənd yoxdur. Hadisə baş verən zaman arayış tələb olunmalıdır ki, subasma vizual olaraq görünsün. Görünür, bilərəkdən səhlənkarlıq sığorta şirkətinin işinə yarayır...”

Şikayətçi düşünür ki, köhnə tikili mənzillərdə Mənzil İstismar Sahəsindən arayış almaq bu qədər çətinlik yaradırsa, bu sakinlərlə əvvəlcədən sığorta müqaviləsi bağlanmamalıdır. 

Məsələ ilə bağlı “Atəşgah” sığorta şirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza belə cavab aldıq: “Mövcud məsələ ilə bağlı bildirmək istəyirik ki, hadisə faktını təsdiqedici sənəd olmadığı təqdirdə ödənişi həyata keçirtmək mümkün deyil. Zərəri təsdiq etməsi üçün MTK-ya sorğu ünvanlanıb və MTK rəhbərliyi ilə əlaqə saxlanılıb, həmçinin məsələ ilə bağlı vətəndaşa həm yazılı, həm də şifahi məlumat verilib”.

Gülnar Əliyeva




Избранный
38
1
qafqazinfo.az

2Источники