RU

Diaspor təşkilatlarımız Niderlandın qərəzli mövqeyinə qarşı

Azərbaycan diaspor təşkilatları Ni­derland Krallığının ölkəmizə qarşı qərəzli mövqeyini pisləyiblər. Buna səbəb həmin ölkənin ictimaiyyətə təq­dim etdiyi proqramda Azərbaycan ərazilərinin azad edilməsinin, guya, “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunmasıdır. 

Niderland–Belçika Azərbaycanlıları Koordi­nasiya Şurası, “Ana Vətən” Niderland Azərbay­canlı Qadınlar Birliyi, Niderland–Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland hökumətinin belə qərəzli mövqeyi barədə birgə bəyanat yayıblar.

Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçi­rilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə bey­nəlxalq hüququn norma və prinsiplərinə uy­ğun həyata keçirdiyi vurğulanıb. Bəyanatda, həmçinin Qarabağ bölgəsinin “Dağlıq Qa­rabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. 

Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkin­məyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
xalqqazeti.az

1Источники