RU

Nazir müavini: “Bəzi idman növləri üzrə mütəxəssislər çatışmır”

“Qarşımıza bütün idman növlərini inkişaf etdirməklə bağlı tapşırıq qoyulub”.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bəzi idman növləri üzrə mütəxəssislər çatışmır. Buna görə də xaricdən mütəxəssislərin gətirilməsi ilə bağlı işlər görülür:

“Qış idman növlərini inkişaf etdirmək istəyirik. Heydər Əliyev adına İdman Konsert Kompleksin­də ötən ildən fəaliyyətə başlamış Buz Arenasında hokkey üzrə bu gün 20-dən artıq oğlan məşq keçir. Artıq həvəskar hokkey komandası var. 50–60 qız fiqurlu konkisürmə ilə məşğul olmağa başlayıb. Artıq körlinq üzrə bölmə də açılıb. Bu idman növü ilə həm də paralimpiyaçılar məşğul ola bilərlər. Bu idman növlərinin hər 3-ü populyarlıq qazanmağa başlayıb.

Hazırda tennisin inkişafına da böyük diqqət var və yeni nəsil tennisçilər yetişir. Ötən il tennisçilərimiz universiada yarışlarında iştirak ediblər. Suyatullanma növündə isə bir gənc cütlük bu idman növünün sirlərini uşaqlara öyrədir. Artıq onların yetirmələri Bolqarıstanda beynəlxalq tur­nirdə mükafat da qazanıblar. Bu nailiyyət uşaqlar­da suyatullanmaya marağı xeyli artırıb”.

Избранный
7
2
nocomment.az

3Источники