RU

Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır

Ağdam rayonunun Eyvazxanbəyli kəndində birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. Bunun üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. İnşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. On evin ikimərtəbəli olması nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır.

Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
8
xezerxeber.az

9Источники