RU

Şuşada Bayraq Meydanının açılışı hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb (FOTO)

Şuşa. Trend:

Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnümedən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlükVətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterliantiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü,həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlətbayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Qarabağınbaş tacı Şuşa şəhərində Bayraq Meydanının açılışının olması hər birAzərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb.

Trend xəbər verir ki, ŞuşaŞəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı bildirib ki,Şuşa şəhərində Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə2024-cü ilin may ayında başlanılıb.

Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraqdirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillikbitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiyaolunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinarağaclarından istifadə edilib. Burada müasir oturacaqlar vəişıqlandırma sistemi quraşdırılıb.

Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğunolaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının vəalış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur.

Şuşada
Şuşada
Şuşada
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
38
az.trend.az

10Источники