RU

Şəkər xəstələri üçün ayrılan dərmanlar həkimlər tərəfindən satılır? – İDDİALARA RƏSMİ REAKSİY

Azərbaycanda ən geniş yayılmış xəstəliklərdən biri də şəkər xəstəliyidir. TəəSsüflə qeyd edirik ki, bu xəstəlikdə yaş həddi yoxdur. Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Digər xəstəliklərdən fərqli olaraq, şəkər xəstələri hər gün iynə-dərman qəbul etməlidir. Əks halda vəziyyətləri ağırlaşa bilər.Redaksiyamıza şəkərli diabet xəstələrindən çoxsaylı şikayəytlər daxil olur. Şikayətçilər iddia edirlər ki, onlara ayrılan dərmanları hər ay xəstəxanadan çox çətinliklə alırlar: “Bizi get-gələ salırlar, “dərman yoxdur” deyirlər. Nə “Amaril 4” var, nə də əvəzedicisi olan “Mepril 4” (Glimepiride). Yanvarın 5-6-da almalı idik, dedilər ayın 10-dan sonra gəlin, sonra dedilər 15-dən sonra olacaq. Amma hələ də verilmir. Bu gün də gedənlərə deyiblər ki, o dərmanlar hələ yoxdur. Səbəb də demirlər.Hamımız şəkəri yüksək olan xəstələrik, belə əsəb keçirəndə daha da yüksəlir. Olmaz axı. Bir də görürsən, deyirlər ki, dərman az sayda gəlmişdi, tez gələn xəstələrə çatdı. Biz başa düşmürük ki, bu dərmanlar qeydiyyat sayına uyğun gəlirsə, hara yoxa çıxır?”.Əlbəttə, xəstələrə maraqlı olduğu kimi, bu sual, yəni dərmanların hara “yoxa çıxması” bizə də maraqlıdır. Doğrudan da, bu dərmanlar xəstələrin sayına uyğun ayrılırsa, niyə çoxları bunu ala bilmir?Xəstələrin bəziləri iddia edirlər ki, həkimlər dərmanı apteklərdən aşağı qiymətə ağır vəziyyətdə olan xəstələrə satırlar.Şübhəsiz, redaksiyamıza çox sayda şikayət gəlirsə, mümkün deyil ki, mövcud durumdan Səhiyyə Nazirliyinin xəbəri olmasın. Əgər deyilənlər doğrudursa, Səhiyyə Nazirliyi hansı səbəblərə görə bu şikayətlərə biganə yanaşır?! Maraqlı suallar çoxdur, amma cavab verəcək səlahiyyətli şəxslər yoxdur.Ümumiyyətlə, şəkərli diabet yaranma faktorlarına görə “Tip 1 DM”, “Tip 2 DM”, hamiləlik diabeti kimi bir neçə tipə bölünür. Əgər insulin çatışmazlığı varsa, yaxud da ümumiyyətlə insulin ifraz olunmursa, bu hal “Tip 1 DM”ə aiddir. Adətən, bu tip 30 yaşa qədər insanlarda rast gəlinir. Bura uşaqlar və yeniyetmələr də daxildir. Bu xəstələrin müalicəsində insulin inyeksiyalarının qəbulu və qidalanmaya diqqət etmək şərtdir. Həmçinin, fiziki aktivlik də önəmlidir. Çünki xəstə müalicə olunmadığı halda diabetik komaya girə, hətta ölə bilər.“Tip 2 DM” isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.Xəstəliyin fəsadlarını araşdırmaqla bitməz. Bu, həmçinin risqli xəstəlikdir. O cümlədən, qohumları birinci dərəcəli şəkərli diabet olan şəxslər risk qurupuna daxildir. Eləcə də artıq çəkidən və yüksək qan təzyiqindən əziyyət çəkən, 4 kiloqramdan artıq uşaq dünyaya gətirən, az hərəkət edən, yaşı 45-dən yuxarı olan şəxslər də risk qrupuna aiddir.Genetik faktor mühüm əhəmiyyət kəsb etsə də, şəkərli diabeti yaradan başqa səbəblər də var. Bura artıq çəki, oturaq həyat tərzi, sağlam qidalanmamaq kimi amillər daxildir. Genetik faktor mühüm rol oynadığından birinci dərəcəli qohumlarınız arasında şəkərli diabet xəstəsi varsa, həyat tərzinə, qidaya və çəkiyə xüsusi diqqət yetirməlisiniz. Lakin bu heç də o demək deyil ki, şəkərli diabet xəstəsi olan qohumunuz varsa, siz də mütləq bu xəstəliyə yoluxacaqsınız. Sadəcə, bütün ehtimallara qarşı özünüzü qorumağınızı tövsiyə edirik.Keçək əsas məsələyə. Bəs bu xəstələr dərmanlarını rahat şəkildə xəstəxanalardan alıb müalicə oluna bilirlərmi?Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Bildiririk ki, şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar üçün təyin edilən dərman preparatlarının təminatı "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı qərarına əsasən həyata keçirilir. Sözügedən qərara əsasən, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır.Hər ayın sonunda TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən təqdim edilən tələbnamə əsasında şəkərsalıcı dərman preparatları növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır. Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir”.Jalə FAMİLQIZIRedaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edəcək./hurriyyet.az
 

Facebook-da paylaş

Избранный
41
2
dunyapress.info

3Источники