RU

Generalın köməkçisi: “Adamları qan içində müstəntiq dindirib, hakim qarşısına çıxarılıb…”

“Mənim əmrdən çıxmağa ixtiyarım yox idi”7 il əvvəl Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı 5 nəfərdən ibarət daha bir qrupun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bunlar Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundovdur. Tərtər işgəncələrilə bağlı bundan əvvəlki iki qrupun işində olduğu kimi, bunların da işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin 1 il 1 aydır davam edən məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb.Tərtər işgəncələrilə bağlı cinayət işi üzrə zərərçəkmişlərin sayı 500-ə yaxın olsa da, konkret bu 5 nəfərin məhkəməsində 317 nəfər zərərçəkmiş qismində tanınıb. Həmçinin işgəncə nəticəsində həyatını itirmiş 4 nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror Orxan Kəngərli bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Bu səbəbdən də o, Fuad Ağayevin 15 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun 13 il, Fuad Axundovun 11 il, Ramil Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkmişlər məhkəmə prosesində ifadə verərkən Tərtərdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlar icraçılarla yanaşı, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər. Bu məhkəmə prosesində dəfələrlə Müdafiə naziri Zakir Həsənovun, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxovun, Hərbi Prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, keçmiş korpus komandiri Hikmət Həsənovun və s. vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırılıb. Lakin heç birini hakimlər təmin etməyib.Təqsirləndirilən şəxslər də bundan narazı qalıb. Onlar bildirib ki, əmr yerinə yetiriblər.Hadisələr vaxtı gizir kimi xidmətdə olmuş Qurban Cümşüdov iddia edir ki, o zaman onu hərbçiləri kütləvi şəkildə toplayıb, işgəncə verdikləri köhnə qərargah binasının çöl tərəfdən mühafizəsinə cəlb etmişdilər:“Tərtər işi”. Foto: Meydan TV“Daxili xidmət nizamnaməsində göstərilib ki, komandirlərin verdiyi əmrə sözsüz tabe olacaqsan, icra edəcəksən. Mənim əmrdən çıxmağa ixtiyarım yox idi”.Digər təqsirləndirilən Cavid Ağadadaşov bildirib ki, Müdafiə Nazirliyinin generalları hadisə yerində idi, işgəncələri gözlərilə görürdülər: “Rasim Əliyev də ətrafda nə baş verdiyni yaxşı görürdü. Mən kiçik gizir, o binada necə qanunsuz adam saxlaya bilərdim? Ölkənin bütün güc strukturlarının generalları orada idi. Hərbi prokuror orada, istintaq orqanlarının vəzifəli şəxsləri orada… O boyda adamların olduğu yerdə necə qanunsuz adam saxlaya bilərdim? Tapşırıq alıb, icra etmişəm, vəssalam. Burda dayan, orda dayan, yemək gətir, su apar. Orada işgəncə əmri vermək heç Fuad Ağayevin də boyuna görə deyildi. Kim idi Fuad Ağayev? Ondan dörd pillə yüksək rütbəli şəxslər vardı orada”.Hikmət Həsənov. Foto: MNGeneral Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də bildirib ki, Tərtərdə baş verənlər öncədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbərliyi arasında razılaşdırılmışdı. Bundan sonra dindirmələrin aparılması, şübhəli sayılanların gətirilərək işgəncə verilməsi üçün Tərtər ərazisindəki köhnə qərargah binasında hazırlıq işləri görülüb.O əlavə edib ki, həmin hadisələr baş verəndə işgəncələrdən prokurorluğun müstəntiqləri, məhkəmə hakimləri xəbərdar idi. Çünki işgəncə görənlər hərbi prokurorluğun müstəntiqlərinin təqdim etdikləri siyahı əsasında gətirilirdi.Fuad Ağayevin sözlərinə görə, çılpaq vəziyyətdə soyundurularaq, işgəncəyə məruz qoyulan, qan içində olan əsgər və zabitlər bu durumda müstəntiq qarşısında dindirilib, hakim önünə çıxarılıb:Foto: Müdafiə Nazirliyi“Əgər qanunsuz iş görürdüksə, o zaman niyə bizi tutmurdular, demirdilər ki, belə eləmək olmaz, susurdular? Adamlar yarıçılpaq vəziyyətdə müstəntiq qarşısına da aparılıb, məhkəməyə də, təcridxanaya da. Heç kim də heç nə deməyib”.Fuad Ağayev və daha 4 nəfərin məhkəməsi sentyabrın 26-da davam edəcək.Tərtər işi ilə bağlı 2021-ci ildə yenidən istintaq başlayandan sonra 13 nəfər həbs olunub. Onların işi sonradan ayrılaraq, üç qrup şəklində məhkəməyə göndərilib. Bu qruplardan ikisində 4, birində isə 5 nəfər mühakimə olunur.4 nəfərlik iki qrupun işi üzrə hökm çıxarılıb.Bunlardan birində mühakimə olunan 4 nəfər Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, və orada müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Ələsgərov 9 il 6 ay, digərləri isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də onlar haqqında hökmü qüvvədə saxlayıb.İkinci 4 nəfərlik qrupa isə iyunda hökm oxunub. Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmüş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilib. Onların işinə hazırda apellyasiya məhkəməsində baxılır.5 nəfərlik qrupda isə Fuad Ağayev və digərləri mühakimə olunur.

Избранный
59
50
anaxeber.info

10Источники