RU

“Təhsil əvəzinə restoran və əyləncəyə xərclərimiz artıb” – Kamran Əsədovdan ŞOK açıqlama

Azərbaycanda insanların təhsil və elm sahəsinə ayırdığı maliyyə resursları ilə əyləncə və ictimai iaşə obyektlərinə sərf etdiyi vəsaitlər arasında əhəmiyyətli fərqlər var. Bu fərq getdikcə artan bir tendensiya göstərir. Təhsillə müqayisədə restoran və əyləncəyə xərclərimiz artıb”.
ARANTV.AZ  bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, dövlət büdcəsində təhsilə ayrılan xərclər ildən-ilə artsa da, cəmiyyətin fərdi təhsil xərcləri ilə bağlı vəziyyət daha fərqlidir:
“Son illərdə Azərbaycanda kafe və restoranlara ayrılan vəsaitdə ciddi artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-2023-cü illər arasında ictimai iaşəyə çəkilən xərclər təxminən 25-30 faiz artıb. Məsələn, 2019-cu ildə kafe və restoranlara xərclənən ümumi məbləğ təxminən 2 milyard manat təşkil edib.
2023-cü ildə bu rəqəm təxminən 2,7 milyard manata yaxınlaşıb. Bu, adambaşına düşən illik xərclərin də artmasını göstərir.
Azərbaycanın dövlət büdcəsində təhsilə ayrılan xərclər ildən-ilə artsa da, cəmiyyətin fərdi təhsil xərcləri ilə bağlı vəziyyət daha fərqlidir:
– 2020-ci ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsait təxminən 3 milyard manat olmuşdur ki, bu da ümumi büdcənin təxminən 10-12 faizini təşkil edir.
– 2023-cü ildə isə bu rəqəm təxminən 3,4 milyard manata çatıb, lakin bu artım ölkənin iqtisadi böyüməsi və xərclənən digər sahələrə görə kifayət qədər yüksək deyil.
Fərdi təhsil xərcləri, o cümlədən repetitor xidmətləri, kurslar və məktəbdənkənar təlimlər isə təhsil sahəsinə birbaşa qoyulan şəxsi investisiyalardır. Burada ailələr müəyyən xərclər çəksələr də, ümumi xərclərin digər sektorlara, xüsusən də əyləncəyə xərclənən vəsaitlə müqayisəsi göstərir ki, təhsilə çəkilən xərclər daha aşağıdır”.
Ekspert təhsillə müqayisədə ictimai iaşəyə daha çox pul xərcləməyin səbəblərini bu cür açıqlayıb:
“Cəmiyyətlərdə əyləncə, sosial həyat daha vacib rol oynamağa başlayıb və insanlar getdikcə təhsil üçün deyil, əyləncə üçün daha çox pul xərcləyirlər.
Təhsilə pul xərcləmək bəzi ailələr üçün lazımi faydanı gətirmədiyinə görə, əyləncə və iaşə obyektlərinə investisiya etmək daha cazibədar olur.
Bəzi insanlar üçün kafe və restoranlara getmək sosial statusun bir göstəricisinə çevrilib və buna görə də daha çox pul xərclənir”.
Kamran Əsədov bildirir ki, Azərbaycan bu tendensiyada tək deyil:
“Dünya miqyasında da oxşar vəziyyət müşahidə edilir. Bir çox ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə, insanlar gəlirlərinin böyük bir hissəsini əyləncə və ictimai iaşəyə sərf edirlər. Ancaq inkişaf etmiş ölkələrdə bu tendensiya getdikcə dəyişir və təhsilə daha çox resurs ayrılır. Məsələn, OECD ölkələrində təhsilə xərclənən vəsait ümumi büdcənin böyük bir hissəsini təşkil edir və insanlar öz şəxsi büdcələrinin müəyyən bir faizini təhsil və elmə sərf edirlər.
İllər üzrə müqayisə aparıldıqda ictimai iaşə sahəsinə ayrılan vəsaitin daha sürətli artdığı, təhsilə sərf olunan xərclərin isə nisbətən yavaş artdığı görülür:
– 2015-ci il: İctimai iaşəyə çəkilən xərclər təxminən 1,6 milyard manat, təhsilə ayrılan büdcə isə 2,5 milyard manat olub.
– 2020-ci il: Kafe və restoranlara xərclənən məbləğ 2 milyard manat, təhsil xərcləri isə 3 milyard manat təşkil edib.
– 2023-cü il: İctimai iaşəyə çəkilən xərclər 2,7 milyard manata çatmışdır, təhsilə ayrılan büdcə isə 3,4 milyard manatdır.
Bu rəqəmlər göstərir ki, ictimai iaşə sahəsinə ayrılan xərclər son 8 ildə təhsillə müqayisədə daha sürətlə artıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
4
arantv.az

5Источники