“Comex” birjasında 2024-cü ilin dekabr ayında tədarük ediləcək qızıl fyuçersinin qiyməti gün ərzində ikinci dəfə tarixi maksimumu yeniləyərək troya unsiyası üçün 2 650 dollardan yuxarı səviyyədə dəyərləndirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərrac platformasının məlumatlarından bəlli olub.
Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, qiymətli metalın qiyməti troya unsiyası üçün 2 650,1 dollar (+1,36 %) təşkil edib. Saat 21:12-yə fyuçersin qiyməti artımını yavaşladaraq unsiya üçün 2 647,4 dollara (+1,25 %) çatıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта