RU

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti MiriamSpiteri Debonoya təbrik məktubu göndərib.

Trend-in məlumatına görə,təbrikdə deyilir:

"Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümümünasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan vəAzərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımıçatdırıram.

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin vəəməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30illiyini qeyd edəcək ölkələr arasında münasibətlər birgəsəylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istərikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundansonra da inkişaf edəcək və genişlənəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdəuğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
49
az.trend.az

5Источники