Bakı. Trend:
Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlıvar.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlərNazirliyindən bildirilib.
Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığıverilib.
"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", -deyə qeyd edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında başverən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfəryaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinəpeycer və ratsiyaların daşımasına qadağan edilib.