RU

Pentaqon: “USS Harry Truman Şərqi Aralıq dənizinə yerləşdiriləcək”

Pentaqon USS Harry S. Truman təyyarə gəmisi bazar ertəsi Şərqi Aralıq dənizinə yola düşəcək dedi. O, açıqlama verib. Bu güc nümayişi Yaxın Şərq atəşə tutulurmu? sualını ağlına gətirdi.

Turkustan.az xəbər verir ki, Qatil İsrailin Livanda peycer və telsizləri partlatmaqla həyata keçirdiyi hücumlardan sonra bölgədə gərginlik pik həddə çatıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) verdiyi açıqlamada, Livan və İsrail arasında artan gərginliyin ardından USS Harry Truman təyyarədaşıyan gəmisinin bazar ertəsi Şərqi Aralıq dənizinə gedəcəyini açıqlayıb.

USS Truman-ın yerləşdirilməsi ilə ABŞ-ın bölgədəki hərbi varlığı, o cümlədən USS Ruzvelt fövqəladə səviyyəyə yüksələcək.

6500 nəfərlik heyət və Birinci Hava Qolları Komandanlığının döyüş təyyarələri ilə yola çıxacaq Truman, ABŞ Hərbi Dəniz Qüvvələrinin 8-ci Nimitz sinifli nüvə mühərrikli təyyarə gəmisidir.

Bölgəmizdə həyəcan təbili çalan qərar, İsrailin kommunikasiya vasitələrindən istifadə etdiyi son hücumları və Hizbullahın İsrailə raket hücumları arasında gəldi.

Eltac Züflüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
turkustan.az

1Источники