Hindistan Ukraynaya sursat tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Modern.az-ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum xəbərləri "spekulyativ" və "yanıltıcı" adlandırıb . Açıqlamada vurğulanır ki, Hindistan silahların yayılmaması ilə bağlı “beynəlxalq öhdəliklərə qüsursuz şəkildə əməl edir”.
Bir gün əvvəl "Reuters" agentliyi bildirib ki, Hindistanın silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönləndirilir və Moskvanın etirazlarına baxmayaraq Yeni Dehli bu vəziyyətə müdaxilə etməyib.