RU

TCG HIZIRREİS sualtı qayığının ilk səfər və dalış sınaqları həyata keçirilib

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən TCG HIZIRREİS sualtı qayığının ilk səfər və dalış sınaqları yerinə yetirilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Xatırladaq ki, 2023-cü ilin may ayında “Gölcük” tərsanəsində suya endirilən TCG HIZIRREİS sualtı qayığının dəniz sınaqlarına cari ilin avqustunda başlanılıb.

Qeyd edək ki, TCG HIZIRREİS, Türkiyə HDQ üçün inşa edilən “Reis” sinifli sualtı qayıqlardan ikincisidir. “Reis” sinifinin ilk sualtı qayığı olan TCG PİRİREİS bu ilin avqust ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
poliqon.az

1Источники