RU

Sumqayıtda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Sumqayıtda

Bakı, 21 sentyabr, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 18-də 17-ci mikrorayon ərazisində 65 yaşlı bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər müxtəlif vaxtlarda şəhər ərazisində 4 evdən ümumilikdə 6 min 700 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pul, sənəd və bank kartları oğurlayıblar. Saxlanılan şəxslər əvvəllər dəfələrlə məhkum olunmuşlar - 32 yaşlı İ.Əliyev, 34 yaşlı T.Hacıyev və 38 yaşlı P.Quliyevdir.

Faktlarla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Избранный
21
24
azertag.az

10Источники