RU

İsrailin hücumları zamanı “Hizbullah” itkilər verib

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib.

Bu barədə Bakıvaxtı.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, onların hamısı “Hizbullah”ın hərbi lideri İbrahim Aqil və “Radvan” elit bölməsinin komandiri Əhməd Vəhbinin rəhbərliyi ilə keçirilən əməliyyat qərargahının iclasında iştirak ediblər.

Livan təhlükəsizlik xidmətindəki mənbə MTV-yə bildirib ki, İsrail təyyarələri 7 mərtəbəli binanın qarajına və onun altındakı iclas keçirilən bunkerə 4 raket zərbəsi endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
9
bakivaxti.az

10Источники