RU

İşğaldan azad edilmiş bölgələrdə xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nazirliyin Mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində sentyabrın 14-20-də polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 6 avtomat silahı, 2 tüfəng, 2 qumbara, 3 süngü-bıçaq, 19 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisində 1 pulemyot, 29 qumbara, 2 süngü-bıçaq, 20 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, Şuşa rayonu ərazisindən 1776 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisində isə 1 avtomat silahı, 1 tüfəng, 74 qumbara, 16 alışdırıcısı, 11 ədəd patron darağı və 1650 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
49
yeniazerbaycan.com

10Источники