RU

Bu kluba tarixin ən zəif “Neftçi”si deməzdim - Ceyhun Sultanov

Bakı. Trend:

“Qarabağ” bütün komponentlərdə “Neftçi”dən üstün futboloynadı.

Trend xəbər verir ki, bunuİdman.biz-əAzərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov deyib.

Veteran futbolçu Misli Premyer Liqasının VII turunun “Qarabağ” –“Neftçi” (4:0) matçını şərh edib: “Qarabağ” hətta daha çox qol vurabilərdi. Düşünürəm ki, hər zaman olduğu kimi, yenə də QurbanQurbanovun komandası tam gücü ilə oynadı. Hesab oyuna görəoldu”.

Sultanov “Neftçi”nin hazırkı durumundan da danışıb: “Bu klubatarixin ən zəif “Neftçi”si deməzdim. Çünki futbolçu keyfiyyəti oqədər aşağı deyil ki, ən zəif “Neftçi” olsun. Onların bundan dazəif heyəti olub, amma bu vəziyyətdə olmayıblar. Qırağdan görünənodur ki, futbolçuların keyfiyyəti “Zirə”dən, “Sabah”dan aşağıdeyil. “Neftçi”nin heyəti “Səbail”dən, “Şamaxı”dan da aşağı deyil,lakin bu komandalar da onlardan yaxşı görünür. Klubda oyun yoxdu.İçəridə nə olur bilmirəm, ancaq görünür ki, bu gün “Neftçi”mübarizə aparacaq gücdə deyil. Tək-tək oyunçuları götürsəzgörəcəksiz ki, hər biri normal komandalarda oynayıblar”.
Qeyd edək ki, bu gün Misli Premyer Liqasında daha 1 oyunkeçiriləcək. “Turan Tovuz” “Araz Naxçıvan”ı sınağa çəkəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
1
az.trend.az

2Источники