\"Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var\".
AZXEBER.COM xəbər verir ki, bu barədə \"Trend\"in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu il avqustun 3-də səyahət xəbərdarlığı verilib.
\"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb\", - deyə əlavə edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində onlarla adam ölüb, 4 min nəfər isə yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşıması qadağan edilib.