RU

“Neftçi” tarixi antirekorda imza atdı

Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünə çox pis start vermiş “Neftçi” tarixinin antirekorduna imza atıb.

Arena.az xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Premyer Liqanın 7-ci turunda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri startdakı yeddi oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/2018 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Xatırladaq ki, “Neftçi” bu mövsüm Premyer Liqada 7 turdan sonra 4 xal toplayıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
24
arena.az

10Источники