Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla sentyabrın 26-27-də görüşəcək.
“RBK-Ukraina” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında V.Zelenski danışıb.
Onun sözlərinə görə, gələn həftə ABŞ-yə səfəri zamanı prezidentliyə digər namizəd Kamala Harrislə də görüşəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Zelenski ilə görüş ehtimalı barədə danışıb.