Azərbaycanın fiqurlu konkisüəni Səbinə Əliyeva Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pridə iştirak edib.
Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasından verilən məlumata görə, idmançı qısa və sərbəst proqramlar üzrə çıxış edərək 129.84 xal toplayıb.
Bu nəticəyə əsasən S.Əliyeva 35 idmançı arasında 18-ci olub.
Qeyd edək ki, sentyabrın 18-də startı verilən Qran-pri bu gün başa çatıb.