RU

Yaponiyada 50 min insan təxliyə edildi

Yaponiyada meteoroloqlar şiddətli yağışın daşqınlara səbəb olacağını proqnozlaşdırdıqları üçün dörd şəhərdə təxminən 50 min insan üçün kütləvi təxliyə əmri verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) bəzi ərazilər üçün "ən yüksək səviyyəli fövqəladə vəziyyət" xəbərdarlığı edib.

Məlumata görə, Vacima şəhərində təxminən 18 min, Suzuda isə 12 min insanın təxliyəsi qərara alınıb.

Ölkə ərazisində yağan yağışlar nəticəsində 12 çayın məcrasından çıxdığı bildirilib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
3
iqtisadiyyat.az

5Источники