RU

“Bakıkart” tətbiqi nə zaman işləyəcək?

Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi "BakıKart" tətbiqi işləmir.

"Trend"in məlumatına gõrə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik" , - qurumdan qeyd olunub.

Avtobuslarda bank kartı ilə ödənişin nə vaxt mümkün olacağı barədə isə məlumat verilib ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

"Paralel olaraq, bank kartları vasitəsilə də gediş haqqının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır" , - qurumdan bildirilib.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
27
anews.az

10Источники