RU

Kişi şahmatçılarımız son görüşdə Braziliyanı məğlub etdi

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında son görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, XI turda Braziliya ilə üz-üzə gələ yığma 3:1 hesablı qələbə qazanıb.

Aydın Süleymanlı - Luiz Paolo Supi 0,5:0,5

Nicat Abasov - Alexander Fier 0,5:0,5

Rauf Məmmədov - Renato Quintiliano 1:0

Şəhriyar Məmmədyarov - Dieqo Di Berardino 1:0

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.

Bizim.Media

Избранный
120
22
bizim.media

10Источники