Respublikaçı Alternativ (REAL) Partiyasına yeni sədr seçilib.
News24.az xəbər verir ki, bununla bağlı partiyanın Siyasi Komitəsi 21 sentyabrda yekdil qərar verib. Qərarla Natiq Cəfərli yeni sədr seçilib.
O, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Xatırladaq ki, keçmiş sədr İlqar Məmmədov sentyabrın 11-də istefa verib. O, istefasını seçkilərin nəticələrinin ləğvinə dair şikayətinin rədd edilməsi ilə izah edib.