RU

Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Təbəs şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, İranın şimal-şərqindəki Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ən azı 51 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayış tunellərdən birində metan qazının sızması səbəbindən baş verib.

Избранный
53
49
xalqqazeti.az

10Источники