Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, yarışın ilk günüdə Azərbaycan idmançıları 4 bürünc medal qazanıblar.
Fəxri kürsüyə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) qalxıb.
Milli komandanın digər üzvləri - Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq), Qasım Vəlizadə (66 kq) və Qadir Hüseynov (73 kq) isə yarışı medalsız tərk ediblər.