RU

Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilib

Əhmədli qəsəbəsindəki 120 yaş­lı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-preziden­ti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.

Bildirilib ki, qəsəbə sakinlərinin mü­raciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işlə­ri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb. 

Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkə­zi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.

Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbə­nin özünəməxsus memarlığı qorunub sax­lanılıb.

Избранный
96
49
xalqqazeti.az

10Источники