RU

Qarabağ Universitetinin bu fakültələri köçürüləcək

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşaya köçürüləcək.Bolgə.TV xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır:“1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmdir. Universitetə qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.Rektor universitetin Aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.

Избранный
23
34
bolgexeber.az

10Источники