Sentyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqan, Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz, Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Daşkəsəndə 2 mm-dək olub.
Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта