Yaşlı insanlar gənclərlə müqayisədə daha çox impulsiv maliyyə qərarları verirlər.
Bunu Birmingem və Oksford Universitetlərindən olan alimlər müəyyən ediblər.
“Cebheinfo.az” xəbər verir ki, tədqiqat “Communications Psychology” (“CommsPsy”) elmi jurnalında dərc olunub.
Nəticələr müxtəlif yaşlarda - 18-36 yaş və 60-80 yaşlı iki qrupun davranışının öyrənilməsinə əsaslanıb. İştirakçılar cins, intellekt və təhsil səviyyəsinə görə diqqətlə seçilib.
Bütün könüllülər iki variantdan birini seçmək məcburiyyətində qalan bir tapşırığı tamamlayıblar.
Nəticələr yaşlı insanların sosial təsirə daha çox həssas olduğunu göstərib. Onlar maliyyə qərarlarını tez qəbul edən birini gördükdə, eyni şəkildə hərəkət etməyə meyillidirlər.
Əksinə, gənclərin xarici təsirlərə qarşı daha davamlı olduğu və orijinal strategiyalara sadiq qaldığı ortaya çıxıb.
Tədqiqatçılar insanların emosional təcrübələrini də ölçüblər.
Yaşlılar arasında daha yüksək səviyyələrdə affektiv empatiya (başqalarının emosiyalarını hiss etmək bacarığı) bildirənlərin impulsiv davranış ehtimalı daha yüksək olub.
Alimlər qeyd ediblər ki, informasiyanın sürətlə yayıldığı bir dövrdə insanların maliyyə davranışına təsir edən sosial stimulları anlamaq lazımdır.