2024/2025 mövsümündən etibarən yeni formatda keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsində I tura bu gün start veriləcək.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçiriləcək. “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-la münasibətləri aydınlaşdıracaq.
İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni qəbul edəcək.
“Qarabağ” klubunun rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın AZ klubu ilə üz-üzə gələcək. “Budyo-Qlimt” (Norveç) isə evdə “Portu” (Portuqaliya) ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi
I tur
20:45. AZ (Niderland) – “Elfsborq” (İsveç)
20:45. Budyo-Qlimt” (Norveç) – “Portu” (Portuqaliya)
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland)
23:00. “Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan)
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya)
23:00. “Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Çexiya)
23:00. “Midtyullann” (Danimarka) – “Hoffenhaym” (Almaniya)
23:00. “Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya)
23:00. “Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan)
Qeyd edək ki, Liqa mərhələsində I tura sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq.