RU

Ölkəmizdə "karbon vergisi" sistemi yaradıla bilər? - Xidmət rəisi AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür. Bunu nəzərə alaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda "karbon izi"nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) ilə birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O qeyd edib ki, ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir:
"Biz hesab edirik ki, ölkədə dayanıqlı iqtisadi inkişafın və iqliməsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpaolunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür. Ölkəmizdə aşağıemissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Elektrik və hibrid avtomobillərə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucularına, habelə əhali qrupuna daxil olan aktiv istehlakçılar tərəfindən bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin müəyyən hədd daxilində elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan təşviqləri nümunə göstərmək olar. Yaşıl enerjinin istehsalını həyata keçirənlər üçün iqtisadi stimulların verilməsi gündəmimizin prioritetidir".
"Beynəlxalq təcrübədə geniş tətbiq olunan karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi, "karbon vergisi"nin vergitutma obyekti olan karbon emissiyasının ölçülməsi sisteminin ölkəmizdə yaradılması, hazırda ətraf mühitin qorunması üçün dünya ölkələrində tətbiq edilən karbon qiymətləri siyasi tədbirlərinin ölkəmizdə tətbiqi prosesləri hazırda hökumətdə həmkar qurumlarla müzakirələrin mühüm bir istiqamətidir. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla, beyin mərkəzləri, təhsil müəssisələri və əlaqəli sənayelərlə əməkdaşlıq edirik. Bu sahədə həm təcrübələri öyrənirik, həm də mövcud təcrübələrin yaratdığı çağırışları birgə müzakirə edirik, ölkəmiz üçün düzgün vergiqoyma siyasətini müəyyən edirik", - deyə DVX-nin rəisi qeyd edib.
Məhərrəm Əliyev
Избранный
9
50
oxu.az

10Источники