RU

Erməni deputat: Azərbaycan Ermənistana alternativ qaz tədarük etmək istəsə, bu, müzakirə oluna bilər

Əgər Bakının belə bir arzusu varsa, Azərbaycan qazının alınması məsələsini müzakirə etmək olar.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, İqtisadi məsələlər üzrə daimi komissiyanın rəhbərinin müavini Babken Tunyan Ermənistan parlamentində brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycandan təbii qazın alınması daha çox gələcəyin məsələsidir və bu, sırf nəzəri məsələdir.

Deputat qeyd edib ki, əgər bu, Ermənistanın maraqlarına uyğun olarsa, məsələ müzakirə oluna bilər.

“Bununla yanaşı, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - Babken Tunyan əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın təbii qazını almağa hazır olduğunu bildirib.

Избранный
41
2
apa.az

3Источники