Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.İcra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, hadisə barədə ilk məlumatı modern.az yayıb.
Paylaş:
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта