Azərbaybaycanda dövlət qurumlarında işləyən şəxslərin gizli və yaxud açıq formada biznes fəaliyyəti məşğul olmaları artıq adi hala çevrilib. Fim.az-a daxil olan məlumata görə belə şəxslərdən biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi kimi tanınan Bəhruz Lalayevdir. Aldığımız məlumata görə Bəhruz Lalayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul işçisi olmasına baxmayaraq, o həmdə bəzi dairələrdə özünü iş adamı tanıtdırır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti işləri ilə məşğul olan Bəhruz Lalayevin çox ciddi imkanlara sahib olduğu bildirilir. Məlumata görə Bəhruz Lalayev var-dövlətini məhz Avtomobil Yolları Dövlət Agentliyinin hesabına qazanıb. Onun AYDA sədri Saleh Məmmədovun komandasında olduğu və buna görə bir çox pullu işlərin Lalayevə həvalə edildiyi deyilir. Dövlət qurumu Avtomobil Yolları Dövlət Agentliyinin hesabına milyonçuya çevrilən Bəhruz Lalayevin bahalı avtomobilləri, paytaxtda bir neçə dəbdəbəli mənzili, obyektləri və Goranbay rayonunda asvalt zavodu olduğu bildirilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта