UEFA Avropa Liqasının Liqa mərhələsinin I turuna bu gün yekun vurulacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, turun ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq.
Azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi “Tottenhem” – “Qarabağ” matçı ilə yanaşı, maraqlı oyunlardan biri İtaliyada keçiriləcək. “Roma” klubu doğma meydanda İspaniyanın “Atletik” komandasına qarşı oynayacaq.
“Qarabağ”ın rəqiblərindən “Lion”la “Olimpiakos” Fransada üz-üzə gələcəklər. Rumıniya təmsilçisi FCSB evdə Latviyanın RFS komandası ilə görüşəcək. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”ı (Türkiyə), “Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
20:45. “Fənərbağça” (Türkiyə) – “Yunion” (Belçika)
20:45. “Malmö” (İsveç) – “Reyncers” (Şotlandiya)
23:00. “Roma” (İtaliya) – “Atletik” (İspaniya)
23:00. “Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə)
23:00. “Ayntraxt” (Almaniya) – “Viktoriya” (Çexiya)
23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”
23:00. “Braqa” (Portuqaliya) – “Makkabi” (Təl-Əviv, İsrail)
23:00. “Lion” (Fransa) – “Olimpiakos” (Yunanıstan)
23:00. FCSB (Rumıniya) – RFS (Latviya)
Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin II turuna oktyabrın 3-də start veriləcək.