RU

Kiyevdən Tiflisə kəskin etiraz: Bu müqayisədən çəkin! 

Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyirik.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanın Gürcü Arzusu Partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə bağlı yaydığı bəyanatda bildirilib."Biz Gürcüstan hökumətini, hakim partiyanı və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”, - bəyanatda qeyd edilib.Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə “Müharibəyə yox! Sülhü seçin !” şüarlı bannerlər yerləşdirib./Axar.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi

Избранный
66
5
faktinfo.az

5Источники