RU

Aparıcının qızı bağçada yıxıldı, öldü

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında yıxılıb.

O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
19
36
heftelik.az

10Источники