RU

Ermənilərin yaratdıqları mifə necə son qoyuldu?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ohanyan səddi" 1994-cü ildə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi ilə qurulmuşdu və sonrakı dövrdə gücləndirilmişdi.
Bu səddin qurulmasında məqsəd Azərbaycan Ordusunun hücumu zamanı müdafiə olunmaq və əks-hücuma keçmək idi.
Sədd kompleks müdafiə səngərlərinin, tank əleyhinə xəndəklərin, məftil hasarların olduğu, eyni zamanda, həm tank, həm də piyada əleyhinə minaların basdırıldığı sahələrdən ibarət olub.
Azərbaycan Ordusu elə Vətən müharibəsinin ilk günlərində bu sədd haqqında ermənilərin uzun illər ərzində yaratdıqları mifə son qoydu.
Müharibə başlayandan bir neçə gün sonra "Ohanyan səddi" cəbhənin fərqli istiqamətlərində yarıldı.
Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə "Ohanyan səddi"nin keçilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, qələbənin siqnalı idi.
"Heç bir əsgərə doğma torpağını azad etmək qədər motivasiya verən ikinci faktor ola bilməz. "Ohanyan səddi"nin yarılması çox böyük qələbənin yaxında olduğunun siqnalı idi. Digər tərəfdən, əsgərlərimiz düşmənin mövqeyinə gedib çıxanda dayanmaq istəmirdilər. Onlarda qələbəni dadıb daha çox ərazini düşməndən təmizləmək istəyi yaranmışdı. Müharibənin ilk günü ən ağır günümüz idi. Ən ağır itkilərimiz də həmin gün oldu. Buna baxmayaraq, dayanmadıq", - deyə ekspert əlavə edib.
Daha ətraflı Baku TV-nin materialında:
Избранный
222
50
oxu.az

10Источники