RU

Birləşmiş Ştatlar cümə günü bildirib ki, Azərbaycan və Ermənistan Bakıda keçiriləcək BMT-nin iqlim konfransı COP29  ərəfəsində  sülh razılaşmasına nail ola biləcəklərinə ümid edir.

“Dünənki görüş COP29 ərəfəsində yerdə qalan problemlərin necə aradan qaldıra biləcəyimizlə bağlı idi. Biz görürük ki, iki tərəfin bir araya gəlməsi və sülhə nail olmaq üçün  yeni yanaşma nümayiş etdirmək üçün potensial var”, - deyə dövlət katibinin siyasət məsələləri üzrə baş müşaviri Tom Sallivan Nyu-Yorkda keçirdiyi brifinqdə TURANın müxbirinin sualını cavablandırarkən bildirib.

Dövlət katibi Entoni Blinkenin həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dünən keçirdiyi  üçtərəfli görüşdə iştirak edən Dövlət Departamentinin müşaviri Sallivan deyib ki, hər iki tərəf “son dövrdə sülh sazişinin bir sıra spesifik elementləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib. "

“Bir neçə həll olunmamış problem var idi... Biz dünən razılaşdıq ki, həlli vacib olan problemlərin mümkün həll yollarını axtarmağa davam edəcəyik”, o TURANa bildirib.

"Komandalar yaxın günlərdə və həftələrdə işləməyə davam edəcək ki, iki ölkəni sülh razılaşmasını yekunlaşdıra biləcəyi bir nöqtəyə çatdırsinlar", o qeyd edib.

Избранный
14
turan.az

1Источники