RU

ABŞ sahillərində güclü qasırğa baş verib

Helen qasırğası Florida sahillərini vuraraq dağıntılara və insan tələfatına səbəb olub.

QHT.az xəbər verir ki, Milli Qasırğa Mərkəzi (NHC) Floridanın şimal-qərbində güclü külək və leysan xəbərdarlığı edib, sakinlərə evlərdə qalmağı və təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib. Qasırğa quruya çatarkən 4-cü kateqoriyada olub, lakin şimala irəlilədikcə zəifləyərək tropik fırtına səviyyəsinə düşüb. Taylor dairəsində yollar bağlanıb və daşqın təhlükəsi var. Mənbələrə görə, ən azı üç nəfər həlak olub.

 

Pərvanə Fərhadqızı

Избранный
21
qht.az

1Источники