ABŞ kəşfiyyatı hesab edir ki, ABŞ və onun müttəfiqləri Ukraynaya öz silahları ilə Rusiya ərazisinin dərinliklərinin vurulmasına icazə versələr, Rusiya böyük bir ehtimalla sərt cavab tədbirləri görə bilər.Bunu ABŞ kəşfiyyatındakı mənbələrə istinadla The New York Times qzəeti yazıb.ABŞ kəşfiyyatının təxminlərinə görə Rusiya tərəfindən bir sıra cavab tədbirlərinin görülməsi mümkündür.Bunlar istər Avropada diversiyaların təşkili, o cümlədən yanğınlar, istərsə də Amerika və Avropa hərbi bazalarına potensial baxımdan ölümcül hücumlar ola bilər.Amerika rəsmilərinin sözlərinə görə Rusiya Baş Kəşfiyyat İdarəsi və ya GRU son vaxtlarda Avropada həyata keçirilmiş diversiya aktlarının əksəriyyətinin arxasında dayanır.Onsuz da vəziyyəti dəyişməyəcək?ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilərsə, Rusiya daha böyük miqyaslı münaqişənin baş verməməsi üçün belə diversiya hərəkətlərini məxfi həyata keçirə bilər.Bundan başqa ABŞ hərbiyyəsi hesab edir ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərini vurması münaqişənin gedişatına kardinal təsir göstərə bilməz. Belə ki, hazırda Ukraynanın özünün az sayda olsa da uzaqmənzilli raketləri var.Qərbin Ukraynaya nə sayda belə raketləri verməli olacağı da məlum deyil.Ağ Ev şərh etmirKəşfiyyatda hesab edirlər ki, ilk belə zərbələrdən sonra Rusiya ehtimal ki, sursat anbarlarını, komanda mərkəzlərini, zərbə helikopterlərini və başqa mühüm hərbi obyektlərini daha uzaq məsafədə geriyə çəkəcək.Ağ Ev The New York Times qəzetinə kəşfiyyat qiymətləndirməsi barədə şərh verməkdən imtina edib.Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Qərbi onların uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr üzərindən məhdudiyyəti qaldırmağa çağırmışdı.Güman edilir ki, bu, həm də Zerlenskinin “qələbə planına” daxil maddələrdən biri idi.Rusiya bəyan etmişdi ki, Ukraynaya belə bir icazənin verilməsi NATO-nun müharibəyə birbaşa müdaxiləsi kimi qiymətləndiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта